“Səbail bələdiyyəsi Səbail RiH-in təşəbbüsü ilə rayonun Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəmanlarını daim diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq onların ailələri ziyarət olunur, maddi və mənəvi dəstək göstərilir”- bu fikirləri Belediyye.infoya bələdiyyə sədri Haci əliyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla sistemli şəkildə bələdiyyənin rəsmilərinin qulluqçularının və RiH-in təmsilçilərinin iştirakıyla rayon sakinləri olmuş şəhidlərin- Adıgözəlov Nazim Abdulla oğlu, Allahverdiyev şahlar Həmid oğlu, Azayev Sərvər Sani oğlu, Bayramov Allahverdi əli oğlu, əsgərov Vidadi Nəriman oğlu, əzizov Elçin Səlyəddin oğlu, Hüseynov Rəfail Maarif oğlu, Hüseynov Seyidəli Qiyas oğlu, ismayılov Elşən Firazəddin oğlu, Məmmədov israil Teymur oğlu, Səmədov Daşqın Tariyel oğlu, Hümbətov Oruc Həmdiyyə oğlu, əliyev Etibar Allahverdi oğlu və əliyev Eyvaz Camal oğlunun ailələri ziyarət olunmuşdur.
Sədrin sözlərinə ğörə, görüşlərdə şəhid ailələrinin üzvləri xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşləməklə, əsgər və zabit heyətinə mənəvi dəstəyini göstərməklə Qarabağ müharibəsindəki qələbəmizi təmin etmiş olduqlarını bildiriblər. Səbail RiH-in nümayəndələrinin iştirakıyla keçirilən görüşlərdə şəhid ailələri onlara göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə öz təşəkkürlərini bidliriblər.
Hazırda rayon ərazisində olan qazi ailələrinin ziyarəti davam etdirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|